İspaniyada qanunsuz aksiyalarda 120 nəfər həbs edildi

11:20 18.10.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın Kataloniya vilayətində etiraz aksiyaları davam edir. El Pais qəzetinin məlumatına görə, polis tərəfindən ən azı 19 nəfər etirazçı həbs edilib. Onlardan 5-i Jironada, 4-ü Barselonada, 6-sı isə Tarraqonada saxlanılıb. Müstəqillik adı altında keçirilən dinc nümayiş ciddi qarşıdurmalar, xaos, küçələrdə barrikadaların qurulması, yanğınlarla müşahidə edilib.

Barselonadakı toqquşmalarda isə 80 insan yaralanıb, 33 nəfər isə həbs edilib. Qeyd edək ki, 14 oktyabrda İspaniya Ali Məhkəməsi regionun müstəqilliyi ilə bağlı referendumun təşkilində iştirak edən siyasətçilər haqqında hökm çıxarıb. Keçmiş vitse-prezident Oriol Junkeras 13 il müddətinə həbs qərarı ilə üzləşib.

Həmin gün məhkəmə qərarından narazı qalanlar Barselonanın El-Prat aeroportunun işini bloklamaq üçün razılaşdırılmamış aksiya keçiriblər. Polisin güc tətbiqi nəticəsində isə 37 nəfər yaralanıb.