“Telekommunikasiya qovşaqlarında təhlükəsizlik tədbirləri gücləndirilib“

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda telekommunikasiya qovşaqları (TKQ) və poçt şöbələri müasir standartlara cavab verən səviyyədə təmir olunub, lazımi avadanlıqlarla təmin edilib. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, son illər TKQ-lərdə təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirilir: “Masallıda baş verən partlayışdan sonra bütün telekommunikasiya qovşaqlarında təhlükəsizlik sistemi tədqiq olunub, təşkilatı məsələlər gücləndirilib“.