İsrail raket atəşinə məruz qalıb

12:00 07.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəzza zolağından İsrail ərazisinə beş raket buraxılıb. 

Hafta.az-ın məlumatına görə, bir raket Sderot şəhərinin sərhədlərindən kənarda açıq əraziyə düşüb. Bundan əlavə qeyd olunur ki, raketlərin düşməsi nəticəsində yanğın baş verib, ölən və yaralanan yoxdur.

İsrail ordusunun tankları və təyyarələri Qəzzanın şimalındakı Həmas hərəkatının hərbi hədəflərini raketlərin atılmasına cavab olaraq vurub.