İsveçrə hökuməti paytaxt Berndə kokainin satışına icazə verdi

09:45 06.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Berndə şəhər məclisində keçirilən səsvermə ilə kokainin İsveçrədə qanuni satışının yolu açılıb.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, şəhər şurasının qərarına baxmayaraq, federal hökumətin icazəsi olmadan kokainin satışı qanuniləşdirilməyəcək.

Alternativ Sol Partiyasının şəhər şurasına gətirdiyi qanun layihəsi 18 əleyhinə 43 səslə məclisdən keçsə də, sağ mərkəzçi partiyalar və bəzi dini şura üzvləri layihəyə qarşı çıxıblar. Mərkəzçi Sosial Demokrat Partiyasının bəzi üzvləri qanun layihəsini təsdiqləyib.

Bern administrasiyası keçən il şəhərdə nəzarət altında olan marixuananın satışına icazə vermək üçün qərar qəbul etdi və federal hökumət bu qərarı ötən ay təsdiqlədi. Ölkənin Bazel, Sürix və Lozanna kimi şəhərlərində başlayan marixuana satışının federal hökumətin təsdiqindən sonra payızda Berndə başlaması gözlənilir.

Kokain tənzimlənməsi üçün təsdiqə ehtiyacı olan federal hökumət, bir neçə şəhər hökumətinin təzyiqindən sonra onun satışını qanuniləşdirən qaydaları təsdiq edib.

Bernini səlahiyyətliləri kokainin zərərli dərman olduğunu etiraf etsələr də, idarə olunan satışların şəhərdə kokain istifadəsinə nəzarətə kömək edə biləcəyini düşünürlər.

Bənzər tənzimləmə 2019-cu ildə şəhər şurasına gəlib, lakin sosial-demokrat çoxluq rədd edib. O dövrdə sosial demokratlar qanuni marixuana satışı prosesinin ağır narkotiklərdən əvvəl yaşanması lazım olduğunu bildiriblər.

Avropanın kokain mərkəzlərindən biri olan İsveçrəyə hər il 5 tondan çox kokainin daxil olduğu təxmin edilir. AB məlumatlarına görə, İsveçrənin Sürix, Bazel və Cenevrə şəhərləri kokain istehlakına görə Avropanın ilk 10 şəhəri sırasındadır.

Avropada kokain istehlakı son 10 ildə kəskin şəkildə artsa da, Berndə istehlakın 2012-ci ildən bu yana iki dəfədən çox artdığı düşünülür.

Oxunma sayı 254