İtkin düşmüş ispaniyalı Olimpiya çempionunun cəsədi tapılıb

23:34 05.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

KİV-lərdə xəbər verildiyi kimi, keçmiş xizəkçi, 56 yaşlı Blanka Fernandes Oçoa İspaniyada itkin düşmüşdü. Oçoa 1992-ci ildə Qış Olimpiya Oyunlarında medal qazanmış ilk ispaniyalı qadın idmançı olub.

Oçoanın itkin düşməsi xəbəri çıxandan 12 gün sonra mülki qvardiyanın serjantı, öz istirahət günlərində axtarış aparanlara kömək edən şəxs Madrid yaxınlığında La-Penyota dağı ətraflında Blanka Fernandes Oçoanın cəsədini aşkar edib.

İspaniya KİV-lərinin məlumatına görə, cəsədin üzərində Oçoanın başına endirilmiş zərbənin izləri aşkar edilib.

1992-ci ildə Oçoa Fransanın Albervil şəhərində keçirilən Olimpiya oyunlarında dağ xizəyi idmanı üzrə bürünc medal qazanıb. Oçoa İspaniyada Qış Olimpiya Oyunlarının mükafatını qazanmış yeganə qadın idi.