Aİ Şurasının Prezidenti Şarl Mişel Qərbi Balkan ölkələrində səfərdədir 

23:04 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Qərbi Balkan ölkələrinə - Serbiya, Albaniya, Bosniya və Herseqovinaya səfəri davam edir.

Səfər çərçivəsində Ş.Mişel ötən gün Serbiya Prezidenti Aleksandr Vuçiç ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr, Serbiyanın Aİ-yə üzvlük prosesi və atılacaq addımlar müzakirə olunub.

Bu gün Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşən Avropa İttifaqı Şurasının Prezidenti “Açıq Balkan” təşəbbüsünü dəstəklədiyini bildirib. O, region ölkələrini bu təşəbbüsə qoşulmağa dəvət edib.

Ş.Mişel Albaniyadan sonra Bosniya və Herseqovinaya səfər edəcək, bu ölkənin Rəyasət Heyətinin üzvləri ilə görüşəcək. Görüşdə əsas müzakirə mövzusunun oktyabrda Bosniya və Herseqovinada keçirilməsi planlaşdırılan seçkilər olacağı gözlənilir.

Oxunma sayı 46