ABŞ İŞİD liderinin öldürülməsi üçün keçirdiyi əməliyyatı Türkiyə ilə koordinasiya edib

15:00 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın dünən gecə Suriyanın İdlib vilayətində həyata keçirdiyi əməliyyatdan öncə iki ölkənin hərbçi qurumları arasında məlumat mübadiləsi aparılıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

ABŞ hərbi əməliyyat zamanı fəaliyyətini Türkiyə ilə koordinasiya edib.

Qeyd edək ki, “Newsweek” jurnalı ABŞ Quru Qoşunlarındakı mənbəyə istinadən İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyü barədə məlumat yayıb. Pentaqon Ağ Evə keçirilən əməliyyat zamanı böyük əminliklə İŞİD liderinin öldürüldüyü barədə məlumat verib. Jurnal yazıb ki, ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl əməliyyatın keçirilməsini dəstəkləyib. D. Tramp artıq “Twitter” sosial şəbəkəsindəki səhifəsində “çox əhəmiyyətli hadisə”nin baş verdiyini yazıb. Ancaq ABŞ Prezidenti hansı hadisənin baş verdiyinə aydınlıq gətirməyib. Sonradan Ağ Evin mətbuat xidməti D. Trampın bu gün yerli vaxtla saat 09.00-da vacib bəyanat verəcəyini açıqlayıb.