Amerika memarlıq ofisi Leeser Architects, Moskvanın qərbində planlaşdırılan "Grand City" qəsəbəsi layihəsi çərçivəsində iki göydələn tikməyi təklif edib. Layihənin ən diqqət çəkən cəhəti 200 metr hündürlüyündəki bu binaların bir-birinə əyilərək öpüşmə effekti yaratmasıdır.
Hafta.az-ın yazdığına görə, binalar Ulista Yermakova Roşada, Şelepixanskaya metrosuna yaxın ərazidə tikilmək üçün nəzərdə tutulub. Açıq terrasların 100 metr yüksəklikdə yerləşdirilməsi bu vizual illüziyanı daha da gücləndirən elementlər kimi təqdim edilib.
Memarlar layihəyə ilham verən detallar barədə heç bir açıqlama verməsələr də, bəzi ekspertlər bu dizaynın Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşmasının simvolu olduğunu düşünürlər. Lakin bəzi ekspertlərin fikrincə, bu qeyri-adi konsepsiya Moskva üçün çox iddialı ola bilər. Onun Moskvanın indiki siluetinə nə dərəcədə uyğunlaşacağı müzakirə mövzusu olsa da, ictimaiyyətdə fərqli reaksiyalar yarada bilər.
Layihənin həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı qəti qərar yoxdur. Təklif olunan dizaynın memarlıq və mühəndislik baxımından kifayət qədər cəsarətli olduğu bildirilsə də, sosial media istifadəçiləri göydələnlərin öpməyə məcbur edilməsi ilə bağlı zarafatlar edərək layihəyə yumoristik bir yanaşma gətirirlər. Bəzi şərhlərə görə, bu tip dizaynın Moskvada həyata keçirilməsi ehtimalı azdır.