ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

12:52 25.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət katibinin köməkçisinin Enerji ehtiyatları bürosunda müavini Kurt Donnelli fevralın sonunda Bakıya səfər edəcək.

Bu barədə hafta.az-a ABŞ Dövlət Departamentindən bildiriblər.

K.Donnelli Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 6-cı iclasında iştirak edəcək.

Qeyd edək ki, Məşvərət Şurasının iclası fevralın 28-də keçiriləcək.

Siyasət rubrikasından digər xəbərlər