Ukrayna prezidenti vurğulayıb ki, Avropa Rusiyaya qarşı koalisiya yaratsa belə, bu, Kremlə qarşı çıxmaq üçün kifayət etməyə bilər...
Ukrayna prezidenti Vladimir Zelenski xəbərdarlıq edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ni NATO-dan çıxarmaq qərarına gələrsə, bu, bütün Avropa üçün təhlükə yaradacaq, çünki Vladimir Putin vəziyyətdən istifadə edəcək.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, o, bu barədə Leks Fridmana müsahibəsində bildirib.
“Bəli, o (Putin – red.) hazırlaşacaq. O, başa düşdü ki, bu, sovet müharibəsi deyil və bizimlə belə nəticə alınmayacaq. O, silah istehsal etmək üçün hər şeydən istifadə edəcək. Onun çoxlu silahı və çox böyük ordusu olacaq. Və düşünürsüz ki, indi müharibə etdi və bu cür alçalmadan sonra o bizi bitirə bilmədi və bundan sonra qayıdıb ancaq bizimlə, ancaq Ukrayna ilə vuruşacaq? O, ətrafdakı hər şeyi məhv edəcək”, -deyə Zelenski diqqətə çatdırıb.
Ukrayna prezidenti vurğulayıb ki, Avropa Rusiyaya qarşı koalisiya yaratsa belə, bu, Kremlə qarşı çıxmaq üçün kifayət etməyə bilər.
“Putin Avropanı məhv edəcək. Düşünək, Avropada necə ordu var. Bizim ordu Avropada ən böyük ordudur. Ukrayna ordusu ən böyükdür. Bizdən sonra ikinci yerdə təqribən 200 minlik canlı qüvvə ilə Fransadır. Bizdə isə 980 minlik ordu mövcuddur. Avropa 2-3 milyon nəfərdən ibarət ordu toplaya bilərmi? Xeyr. Avropa bunu etmək istəməyəcək”, - deyə Zelenski qeyd etdi.