Abşeronda bəzi mağazalarda azyaşlılara siqaret satanlar cərimələnib

17:07 21.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, sentyabrın 20-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir.

Xırdalan şəhəri ərazisində 2 mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.