Abşeronda evdən 14 min manatlıq oğurluq olub

13:37 18.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda ev qarət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.