Abşeronda yol qəzasında 1 nəfər ölüb

12:36 21.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda “Mercedes” markalı avtomobillə vurulan piyada ölüb.

Hafta.az xəbər verir ki, ötən axşam Xırdalan-Binəqədi yolunda taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub. Yaralı təcili yardım xidmətinin köməyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq F.Həmidovun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.