Acun Hadisəylə bağlı nə qərar verdi? 

17:56 15.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“TV8” telekanalında  yayımlanan “O ses Türkiye” proqramının münsif heyəti ilə bağlı yeni qərar verilib.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, yeni mövsümdə yarışmanın münsif kürsüsündə Hadisə yer almayacaq.

Buna səbəb isə, Hadisə ilə Ebru Gündeş arasında yaşanan münaqişə olub.

Xatırladaq ki, Hadisənin həmkarı Ebrunun keçmiş həyat yoldaşı Rza Zerrabla gizli münasibət yaşadığı iddia olunmuşdu.

Hazırda Hadisə Acunun yeni platforması olan “Exxen”də yayımlanan “O ses Türkiye rap” proqramında münsiflik edir.

Oxunma sayı 14