Yunanıstanın beynəlxalq kreditləri təsdiqlənəcək

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Luksemburqun baş naziri Jan Klod Yunker Yunanıstanın beynəlxalq kreditlərinin yaxın zamanda təsdiq edilə biləcəyini bəyan edib. Bu, Yunanıstanı defoltdan xilas edə bilər. O, Beynəlxalq Valyuta Fondu, Avropanın Mərkəzi Bankı və Avropa İttifaqının yardımla bağlı planı oktyabr ayının 24-dən təsdiq edəcəyini deyib. Yunanıstan keçənilki 159 milyard dollarlıq yardımın 11 milyardının ödənməsini gözləyir. Lakin kreditorlar borc vermədən öncə hökumətin xərclərini ixtisar etməsini istəyir. ABŞ prezidenti Barak Obama Avropa liderlərini borc böhranının təcili həllinə çağırıb. O deyib ki, Yunanıstan böhranı dünyanın maliyyə sisteminə hədə törədir və artıq Amerikaya mənfi təsirini göstərməkdədir.