Ağdamın Gül Baharlı kəndi atəşə tutulub, evlərə və məktəb binasına ziyan dəyib

13:36 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Düşmən Ağdam rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir. Ötən gecə rayonun Gül Baharlı kəndində Məzahir İsmayılovun evi dağılıb, Rəşid Vəliyevin evinə, yardımçı tikiliyə və məktəb binasına ziyan dəyib.

Hafta.az azertac-a istinadən xəbər verir ki, kənd artilleriya atəşinə tutulan zaman həyətdə olub.

“Hadisə gecə saatlarında baş verdi. Həyətdəki yardımçı binada yatmışdım. Güclü partlayış səsinə oyandım. Gördüm ki, mərmi evin üstünə düşərək partlayıb. Ev və içindəki əşyalar yararsız hala düşüb. Lakin düşmən bilsin ki, biz ondan qorxmuruq. Hamımızın istəyi düşmənlərin torpaqlarımızdan qovulub çıxarılmasıdır. Biz ordumuza güvənirik, tezliklə qələbə qazanacağımıza inanırıq”.

Oxunma sayı 799
Siyasət rubrikasından digər xəbərlər