Ağstafada ustanı işlədiyi evdə "tok" vurdu 

13:52 01.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada bədbəxt hadisə baş verib.

Hafta.az-ın məlumatına görə hadisə rayonun Xətai kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Orxan Eminov bədənin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

İlkin məlumata görə, 30 yaşlı kişi usta işlədiyi evdə elektrik xəttini düzəldən zaman yanıq xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Oxunma sayı 167