Ağsuda dağlıq ərazi yanır 

12:05 05.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsuda “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş verib.

 

Hafta.az müxbiri xəbər verir ki, yanğın ötən gün saat 22:30 radələrində kol-kosluq ərazidə başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

 

Hazırda yanğının meşəlik ərazilərə keçmədən söndürülməsi üçün mübarizə aparılır. 

Oxunma sayı 238