Ağsuda keçmiş vəzifəli karantinə alındı - Günün təzadları 

18:31 16.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürüldü.  Hafta.az-ın yazdığına görə,  rayonun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb. Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb.Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir.Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyəsinin sədri vəzifəsində çalışıb.

 

Kral atasının mirasından imtina etdi

İspaniya kralı VI Filip atası və ölkənin sabiq rəhbəri Xuan Karlosu kral evinin büdcəsindən məhrum etdi.  Hafta.az  Rusiya mediasına istinadən xəbər verir ki, eyni zamanda kral atasının mirasından da imtina edib.Bu qərara səbəb “Tribune de Genève” adlı İsveçrə qəzetində Xuan Karlos haqqında çıxan məqalə olub.Məqaləyə əsasən, prokurorluq Xuan Karlosun vaxtı ilə sevgilisi olmuş Korinna Sayn-Vitqenşteyn-Sayna verdiyi 65 milyon avronun mənbəyini araşdırır. Eləcə də  Sədiyyə Ərəbistanından keçmiş kralın İsveçrədəki hesabına köçürülmüş 100 milyon avro da  VI Filipdə şübhə doğurub.

 

Öskürdüyünə görə taksidən zorla düşürülən çinliyə gül verildi

Misirdə  taksidə  gedən  iki yerli vətəndaş  yanlarında  birdən-birə öskürən  çinlini  görən kimi sürücünü onu dərhal maşından düşürməyə məcbur etdilər.  Çinli isə küçənin ortasında onu görərək “korona!”-“korona!” qışqıran misirlilərin əhatəsində çıxılmaz vəziyyətdə qalıb. Hafta.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərdə belə deyilir.  Misirli  sərnişinləri ünvana düşürən  taksi sürücüsü yubanmadan yoxlanmaq üçün özünü xəstəxanaya yetirib. Hüquq-mühafizə orqanları isə çinlini taksidən zorla düşürən vətəndaşları aramağa başlayıb.

Maraqlıdır ki, yerli hakimiyyət bəhs edilən çinli qonaqdan üzr istənilməsi üçün təntənəli mərasim təşkil edib və ona gül dəstəsi bağışlanıb. Çinliyə qarşı əsassız zorakılıq və ədəbsizlik etmiş Misir vətəndaşları isə axtarışa verilib.

 

Qız eyvandan küçədəkilərin başına dollar səpməyə başladı

Rusiyanın Krasnodar vilayətində qız eyvandan yoldan keçən insanlara pul səpdi. Hafta.az  xəbər verir ki, bu barədə “Kuban” nəşri məlumat yayıb. Görüntülərdən restoranın eyvanında bir qızın “pulatan”larla adamların başına dollar səpdiyi məlum olu. Dərhal pulları yığan şəxslər onun saxta olub-olmadığına diqqət edirlər.  Sonradan bəhs edilən olayın mebel şirkətlərindən  birinin  reklamı üçün təşkil edildiyi üzə çıxıb. Pullar isə əsl dollar əskinasları olub.

 

Şüşə qapını görmədiyindən qırıb o tərəfə keçdi

Türkiyədə bərbərdən çıxan adamın başına qəribə hadisə gəldi. Hafta.az-ın Musavat.com-a istinadla yazdığına görə, “Haber Global” xəbər verir ki, şüşə qapını görməyən şəxs özünü qapıya çırpıb, üstəlik şüşəni qıraraq o tərəfə keçib. İş yerinin güvənlik kamerasına düşən görüntülər maraqla qarşılanıb. Zərərçəkmiş şəxs hadisədən sonra xırda xəsarətlər alıb.