Akif Çovdarovla birgə həbs olunan MTN-nin vəzifəli şəxsi azadlığa çıxdı

14:15 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi Akif Çovdarovla birgə həbs edilən MTN-in Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin zabiti Orxan Osmanov azadlığa buraxılıb. 

Hafta.az APA-ya istinadən xəbər verir ki, O. Osmanovun cəza müddəti başa çatdığından həbsdən azad edilib. 

Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs olunub.  

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş kapitan Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ali Məhkəmədə Akif Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. O cəza müddəti başa çatdıqdan sonra azadlığa çıxıb.

Gündəm rubrikasından digər xəbərlər