Aleks Ferqyuson danışılmış oyunda iştirak edib

14:03 18.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Ferqyusonla bağlı şok iddia ortaya atılıb.

Futbol meneceri Cüzeppe Palyara şotlandiyalı mütəxəssisin danışılmış oyunda iştirak etdiyini söyləyib.

Onun bildirdiyinə görə, Ferqyuson Çempionlar Liqasında "Yuventus"a məğlubiyyətə görə, "Rolex" firmasından 30 min funt-sterlinq dəyərində olan saat alıb. Agent onu da əlavə edib ki, 78 yaşlı mütəxəssis transferlər zamanı agentlərə köçürmələrdə pul qazanmaq üçün müxtəlif sxemlərdən istifadə edib.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə rəhbərlik edib. Onun başçılığı altında "qırmızı şeytanlar" 13 dəfə Premyer Liqanın, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub.