Ali Hərbi Məktəbə əlavə kursant qəbulu elan edildi 

11:40 10.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.

 

Dövlət İmtahan Mərkəzindən hafta.az-a verilən məlumata görə, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqustun 10-dan 13 avqust saat 18:00-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

Oxunma sayı 115