Ali Məhkəmənin Cinayət kollegiyasının sədri vətəndaşları qəbul edəcək

19:06 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 24-də Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Oğuzda vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Oğuz Rayon Məhkəməsində (ünvan: Oğuz şəhəri, Heydər Əliyev prospekti 1) saat 11:00 başlayacaq. Vətəndaşlar qəbula Ali Məhkəmədə, Oğuz Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 050 255-77-15 əlaqə nömrələri və ya [email protected]  elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Oxunma sayı 126