Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat

17:45 23.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Erfurt şəhərində ölkə ərazisinə saxta sənədlərlə daxil olmuş iki nəfərlə əlaqədar polis reydi keçirilib.

Hafta.az Trend-ə istinadən xəbər verir ki, onlar erməni mafiyasına mənsub olmaqda şübhəli bilinirlər.

Qeyd olunur ki, həmin iki nəfər Almaniyaya 20 il əvvəl saxta sənədlərlə və saxta ad altında daxil olub.

Onların 2017-ci ildə rəqib erməni qruplaşmaları arasında atışmada iştirak etdiyi də ehtimal olunur.

Polisin məlumatına əsasən, Almaniyada fəaliyyət göstərən erməni mafiyası 1990-cı illərin əvvəllərində əsasən Azərbaycandan Almaniyaya getmiş ermənilərdən ibarətdir.