Almaniyadakı şirkətlər xaricdən işçilər axtaracaq

11:16 15.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirkətlər kifayət qədər ixtisaslı işçi tapmasa, Almaniyanı tərk edə bilərlər.

Hafta.az. xarici mətbuata istinadən bildirir ki, bunu Almaniya Kansleri Angela Merkel yayımladığı video-mesajında deyib.

Avropa Birliyi (AB) ölkələrindən 2.5 milyon insanın Almaniyada çalışmasından məmnun olduğunu deyən Merkel AB xaricindəki ölkələrdən də ixtisaslı işçilərin cəlb edilməsinin vacibliyini vurğulayıb: “Xeyli sayda biznesmen və şirkət təcili şəkildə ixtisaslı işçi axtarır. İxtisaslı işçilər üçün əmək sərf etməliyik. Əks təqdirdə, şirkətlər başqa yerə getməyə məcbur olacaqlar. Əlbəttə, bunu istəmirik”.

Oxunma sayı 38