Altayda güclü zəlzələ baş verib

10:01 15.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyası Altay Respublikasında Rusiya-Monqolustan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 08:48-də Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.