Altıotaqlı evdə yanğın olub

11:49 13.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonunun Ləcət kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğın baş vermiş evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.