AMİP parlament seçkilərinə qatılacaqmı? – Rəsmi açıqlama

12:11 10.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Parlament seçkilərində iştirak iştirakla bağlı məsələ Azərbaycan Milli İstiqlal Partiyasında müzakirə olunub. Məsələ ilk müzakirələrdən keçdi”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib. AMİP funksioneri bildirib ki, ilkin müzakirələr dekabrın 7-də aparılıb:

“Toplantıda Bakı şəhər və rayon təşkilatlarının sədrlərinin iştirak edirdi. Çoxluq seçkidə iştirakın tərəfdarıdır. Yekun qərar bu həftə Mərkəzi Şuranın baş tutması gözlənilən iclasında qəbul ediləcək. Seçkilərə neçə namizədlə qatılacağımız da həmin toplantıda müəyyənləşəcək. Çünki dairələr də hələ tam müəyyənləşməyib”.

Qeyd edək ki, ölkə prezidentinin imzaladığı sərəncama əsasən 9 fevral Azərbaycan Respublikası Milli Məclisinə altıncı çağırış üzrə seçkilər keçiriləcək.

Siyasət rubrikasından digər xəbərlər