“Amulsar böhranı Nikol Paşinyanın sonunu gətirə bilər” – Sona Əliyeva

10:18 12.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Ermənistandakı Amulsar qızıl mədəni ətrafında siyasi xaosun baş verməsi gözlənilən idi. Çünki mövcud hakimiyyətlə xalq arasındakı uçurum, gərginlik daha da dərinləşməkdədir. Bunun da səbəbi ondan ibarətdir ki, baş nazir Nikol Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. İndi də xalq onun çağırışını eşitmir. Bunun nəticəsidir ki, Amulsar qızıl mədəninin “Lydian” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb oldu”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkilinin sözlərinə görə, siyasi hakimiyyət Amulsarın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edəcəyini, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyini iddia edir: “Müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri bununla razılaşmır. Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir. Yəni, Amulsar qızıl mədəni ilə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir.Sadə xalq, ictimaiyyət nümayəndələri öz narahatlığını dilə gətirir. Buna görə də Amulsara gedən yolu bağlayır. Paşinyan hökuməti isə onları dinləmək belə istəmir. Hesab edirəm ki, proses daha da dərinləşə, hətta Amulsar böhranı Nikol Paşinyanın sonunu gətirə bilər. Belə olan halda Paşinyan çökmüş iqtisaddiyyatı düzəltmək üçün başqa yollara əl atmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər