“Amulsar problemi Paşinyanın siyasi intiharına gətirib çıxara bilər” – Hikmət Babaoğlu

11:50 11.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ermənistandakı Amulsar qızıl mədəni ətrafında siyasi xaos davam edir. Bir sözlə, qızıl mədəni mövzusunda ara qarışıb, məzhəb itib. Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olub.

Hafta.az erməni mediasına istinadla bildirir ki, siyasi hakimiyyət Amulsarın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edəcəyini, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyini iddia edir.  Müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri bununla razılaşmır. Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir.  Yəni, Amulsar qızıl mədəni ilə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir.

Bu arada onu da qeyd edək ki, “Global Justice Now and War on Want” təşkilatının məlumatına əsasən, bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı Lydian International şirkətinin hökuməti beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələməsi, sonda hökumətin şirkət lehinə qərar alması ilə nəticələnmişdi. Sentyabr ayında Paşinyanın Vaşinqtona gözlənilən səfərində Amulsar qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində gündəm mövzusu olacağı haqda mətbuatda məlumatlar yayılmaqdadır.

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mil mediaya açıqlamasında, Paşinyan hökumətinin Lydian şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun, ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirmişdi.

Baş verənlərin Ermənistan iqtisadiyyatına zərbə vura bilərmi? Eləcə də xarici investorların Ermənistan hökumətinə etibarsızlığı baxımından bu hadisəni necə qiymətləndirmək olar?

Millət vəkili Hikmət Babaoğlu hafta.az-a açıqlamasında bildirib ki,  Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən  istismar edilməsi ilə bağlı əldə edilən razılaşma Paşinyan  hökumətinin növbəti uğursuzluğuna çevrilib və erməni ictimaiyyətinin  ciddi narazılığa səbəb olub: “Bu layihə  təkcə daxili narazlıq yaradan hadisə kimi deyil eyni zamanda həm də Ermənistanın xarici siyasətində də ciddi problemlərin yarada biləcək hadisə kimi qiymətləndirilir . Əgər daxili narazılıq ekoloji problemlər və şirin su mənbələrinin yox olma ehtimalı ilə əsaslandırılırsa xarici siyasətdə narazılıqlar Ermənistana Qərb investisiyasının cəlb edilməsi ilə  Ermənistanda Rusiya sərmayəsinin sıxışdırlması ilə əlaqələndirilir . Beləliklə daxili və xarici siyasətlə əlaqələndirilən təhdidlər Paşinyanı çıxılmaz vəziyyətə salamaqdadır və hər iki faktor getdikcə daha təhlükəli həddə çatmaqdadır. Hələliksə  “Lydian Armenia”  şirkətinin işləri bərpa etməsi üçün 2020 –ci ilə qədər fasilə götürməsi Paşinyan üçün bir siyasi   “nəfəslik”  rolunu oynasa da bir qədər sonra onun bu problemlə daha ciddi və sərt şəkildə üzləşəcəyini qaçılmaz edir. Paşinyanın isə vəziyyətdən optimal çıxış yolu tampası faktiki olaraq mümkün deyil. Çünki  2020-ci ildə yatağın istismarı ilə bağlı işlərin yenidən başlayacağı təqdirdə Paşinyana da şimal mənşəli təzyiqlərin başlanacağı istisna deyil”.

Millət vəkilinin fikrincə, belə olan halda isə bu layihənin realizə olunması olduqca mürəkkəb görünür: “Ancaq ən əsas məsələ isə odur ki , belə vəziyyətdə paşinyann ictimai rəyi manipuliyasiya etdiyi son kart da ounun əlindən çıxmış olacaq .Çünki məhz  Amulsar qızıl yatağından əldə etdiyi gəlirlərə güvənərək 2025 – ci ildən sonra Ermənistan iqtisadiyyatında sıçrayışlı inkişafın olacağı vədini vermiş Paşinyan  bu vədini də yerinə yetirə bilməyəcək . Və əgər o vaxta qədər hakimiyyətdə qalamağı bacarsa belə, ondan sonra hakimiyyətlə mütləq vidalaşmalı olacaq. Ancaq hazırda bu məsələnin təkcə Ermənistanın daxilində deyil xaricdə də fəal müzakirə mövzusuna çevrilməsi Ermənistanın Qərb mənşəli tərəfdarlarının da Paşinyana təzyiqi ilə nəticələnə bilər ki , bu məsələnin həllini tapmamsı onu dilemma qarşısında qoyaraq siyasi intiharına gətirib çıxara bilər . Ona görə də paşinyan xalqını sülhə hazırlamalı və Azərbaycanın işğal edilmiş torpaqlarından öz quldur dəstələrini çəkməlidir . onun başqa çıxış yolu yoxdur” .

Bu da o deməkdir ki, Nikol Paşinyan layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb.

Siyasət rubrikasından digər xəbərlər