Angela Merkel dünyanın ən nüfuzlu qadını seçilib

10:04 13.12.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Angela Merkel dünyanın ən nüfuzlu qadını seçilib.

Hafta.az xəbər verir ki, “Forbes” jurnalı 2019-cu ildə dünyanın ən nüfuzlu 100 qadını reytinqini açıqlayıb. Reytinqdə Almaniya kansler birinci yerdə dayanır. 

Siyahıda ikinci və üçüncü yerləri BVF-nin keçmiş rəhbəri Kristin Laqard və ABŞ Konqresinin Nümayəndələr palatasının sədri Nensi Pelosi tutublar.

“TOP-10″da həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, “General Motors” şirkətinin rəhbəri Meri Barra, sahibkar, Bill Geytsin həyat yoldaşı Melinda, “Fidelity Investment” şirkətinin prezidenti, milyarder Ebigeyl Conson, ispaniyalı bankir Patrisiya Ana Botin, IBM-in baş direktoru Cinni Rometti, və “Lockheed Martin” korporasiyasının rəhbəri Merilin Hyuson yer alıblar.

Qeyd olunur ki, A.Merkel ardıcıl doqquzuncu ildir reytinqə başçılıq edir.

İsveçli ekoaktivist Qreta Tunberq sıralamada sonuncu – 100-cü yeri tutub.