AQTA əməkdaşları tələbələrlə görüşüb

21:56 09.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Sosial Menecment fakültəsinin Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) hafta.az-a verilən məlumata görə, tədbirdə agentliyin bilikli və bacarıqlı gəncləri əməkdaşlığa cəlb etmək, onların qida təhlükəsizliyi sahəsində peşəkar kadr kimi yetişmələrinə dəstək məqsədilə bir neçə ali təhsil ocağı ilə əməkdaşlıq etdiyi bildirib.

Eyni zamanda Agentliyin strukturu, fəaliyyəti, işə qəbul şərtləri, AQTİ-də işə qəbul prosesi ilə bağlı tələbələrə ətraflı məlumat verilib.

Sonda tələbələr AQTİ-nin Milli Referens və Mərkəzi Baytarlıq laboratoriyalarının fəaliyyəti ilə tanış olublar.

 

Qeyd edək ki, ötən tədris ilində ATMU-nun 4 tələbəsi AQTA-da təcrübə keçib və onlardan 2-i hazırda Agentlikdə çalışır. Ali məktəb tələbələrinin Agentlikdə və İnstitutda təcrübə proqramlarına cəlb olunması bundan sonra da davam etdiriləcək.