Argentinada prezident və parlament seçkiləri keçirilir

10:14 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Argentinada prezident və parlament seçkiləri keçirilir.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, vətəndaşlar seçkilərdə ölkəyə rəhbərlik edəcək şəxslə yanaşı 130 deputatı və Konqresin 24 senatorunu seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 18:00-a qədər açıq olacaq. 

İlkin nəticələr bu gün axşam məlum olacaq.