Astarada bayraq yürüşü və fləşmob keçirilib - FOTO

21:47 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astara şəhərində Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qurur mənbəyimizdir” devizi ilə ümumrayon bayraq yürüşü və fləşmob keçirilib.

Şəhərin üç istiqamətindən start götürən yürüş iştirakçıları Dənizkənarı Park Bulvar Kompleksində yerləşən Dövlət Bayraq Meydanına doğru hərəkət ediblər. Yürüşün ümumi məsafəsi 5300 metr təşkil edib.

Dövlət Bayrağı Meydanında üçrəngli bayraqlarımız qürurla dalğalandırılıb. Sonra sülh rəmzi olan göyərçinlər, dövlət bayrağımızın rənglərinə boyanmış şarlar səmaya buraxılıb və könüllü gənclər tərəfindən “Azərbaycan bayrağı” fləşmobu keçirilib.

Tədbir Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblı üzvlərinin ifasında vətənpərvərlik mahnıları ilə yekunlaşıb.