Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

10:48 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Astarada polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində qadına qarşı soyğunçuq edən şəxs saxlanılıb.

Astara şəhər sakini Fəqan Məmmədov mərkəzi bazar ərazisində rayonun Ərçivan qəsəbə sakini P.Zeynalovanın içərisində pul və mobil telefon olan çantasını alaraq qaçıb. Lakin faktı törədən şəxs çox da uzağa gedə bilməyib. F. Məmmədov ərazidə xidmət aparan Astara Rayon Polis Şöbəsinin Post Patrul Xidməti tağımının əməkdaşları tərəfindən isti-izlərlə saxlanılıb. Polis şöbəsinə gətirilən həmin şəxsin üzərindən bir bükümdə narkotik vasitə olan heroin və soyğunçuluq yolu ilə əldə etdiyi 357 manat pul, “İphone” markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır