Aşura günü dönər ehsanı verən dönərçi - FOTO

12:31 10.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bu gün səhər saatlarından başlayaraq hazırladığımız dönərləri ehsan olaraq paylayırıq. Artıq 50-yə yaxın dönər daimi müştərilərimizə və eləcə də dönərxanamızın yanından keçənlərə, ehtiyac sahiblərinə pulsuz verilib".

Bunu hafta.az-a açıqlamasında dönərçi Vüqar Qəribov deyib. O, bildirib ki, artıq bir neçə ildir Aşura günü dönər ehsanı ikram edir:

"Mən dönərçiyəm. Gücüm buna çatır. Allah yolunda edirik. Bu gün günorta saatlarına qədər ehsan paylayacağıq. Günortadan sonra yenə pullu olacaq".

Dönərçi daha sonra bildirib ki, onun bu addımı hər kəs tərəfindən maraqla qarşılanmaqdadır.