Yazını böyüt
Yazını kiçilt
Yanvarın 24-də indiki Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəlinə qarşı təxribat edilib.
Hafta.az bu haqda “Ensonhaber” kanalına istinadla xəbər verir.
Məlumata görə, maskalı şəxs əlində çəkiclə İstanbulun Sarayburnu parkında Atatürkün heykəlinin üzərinə çıxıb və şahidlərin sözlərinə görə, onu zədələməyə çalışıb. Daha sonra hadisə yerinə gələn polis qüvvələri onu nəzarətə götürüb.
Sonra heykələ hücum edən şəxsin Suriyadan olan M. olduğu məlum olub.
Faktla bağlı istintaq aparılır.