Azərbaycan nümayəndələri Lefke Avropa Universitetinin rektoru ilə görüşüblər

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Dünya Gənclər Bankı Şəbəkəsi“ (WYBN) MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və regional ofisin baş əməliyyat direktoru Elxan Qazizadə Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdə olublar. Onlar Lefke Avropa Universitetində rektor Əhməd Bülənd Göksəllə görüşüblər. Məlumata görə, görüş zamanı rektor bankın Təhsil Departamenti ilə universitet arasında birgə fəaliyyətlə bağlı baglanmış müqavilə və mövcud olan iş əlaqələrindən məmnunluğunu bildirib. Professor deyib ki, gənc bir azərbaycanlı xanımın beynəlxalq quruma rəhbərlik etməsi yalnız Azərbaycanın deyil, bütün türk toplumlarının uğuru kimi dəyərləndirilməlidir. Ə.B.Göksəl eyni zamanda, Bankın regional ofisi tərəfindən keçirilən “Yaşil texnologiyalar“ beynəlxalq konfransda da tərəfdaş kimi ön siraları bölüşməkdən məmnundur. Görüşdə MDB ölkələri üzrə Lefke Avropa Universitetinə oktyabrın 25-dən etibarən aparılacaq qəbulla bağlı müzakirələr də aparılıb. V.Hüseynli universitet rəhbərinə banka göstərdiyi münasibətinə görə təşəkkür edərək, regional offisin fəaliyyəti, xüsusilə Təhsil Departamentinin işi barədə, keçiriləcək beynəlxalq konfranslar barədə ətraflı məlumat verib. KKTC-nə səfəri çərçivəsində V.Hüseynli Lefkenin bələdiyyə sədri, eyni zamanda universitetin idarə heyətinin sədri Məhmət Zəfər, KKTC parlamentinin üzvləri və digər dövlət rəsmiləri ilə görüşüb.
Vüsal