AVF-nin əməkdaşı beynəlxalq oyuna təyinat alı

12:38 03.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Fridrihşafen şəhərində kişi voleybolçular arasında Çempionlar Liqasının oyunu keçiriləcək. E qrupu çərçivəsində təşkil olunacaq "Fridrihşafen"-Rozelar” (Belçika) qarşılaşmasına Azərbaycan Voleybol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.

Hafta.az-ın məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) təmsilçimizi dekabrın 4-də baş tutacaq görüşə supervayzer təyin edib. İlk tur çərçivəsində keçiriləcək oyun “Fridrihşafen Arena”da olacaq.