Avro-2020-nin “Pley-off” mərhələsinin püşkü atıldı

15:41 22.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Avro-2020-nin pley-off mərhələsinin püşkü atılıb.
 
Hafta.az xəbər verir ki, mərasimdə final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparacaq 16 komanda iştirak edib.

Qeyd edək ki, bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq.

Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.


A yolu

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B yolu

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C yolu

Şotlandiya - İsrail

Norveç - Serbiya

D yolu

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo