Avropa Bankı Azərbaycanla saziş imzalayacaq 

12:38 17.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan yaxın zamanlarda alternativ enerji sahəsində saziş imzalayacaq.

 

Hafta.az-ın məlumatına görə, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

 

O bildirib ki, əvvəlki illərdə bank Azərbaycanda "yaşıl" texnologiyalar, sənaye tullantılarının təhlükəsizliyinin təmin olunması sahəsində layihələr reallaşdırıb.

 

"Bu işlər iri şəhərlərdə aparılıb və bu tendensiya davam etdiriləcək. Bundan başqa, AYİB digər iri layihələrdə də iştirak edir. Bu layihələr kənd təsərrüfatı və nəqliyyat sektorlarını əhatə edir. Bank alternativ enerji sahəsində iştirakını genişləndirməyi planlaşdırır. Eyni zamanda mayın sonunadək 230 meqavatt və 100 meqavatt gücündə elektrik stansiyalarının tikintisi çərçivəsində müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur", - deyə Kamola Mahmudova qeyd edib.

Oxunma sayı 44