Avropa istehlakçıları “Meta”nın ödənişli abunəliyindən şikayət ediblər

09:32 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropanın müxtəlif ölkələrindən 45 istehlak birliyinin çətir təşkilatı olan Brüsseldə yerləşən Avropa İstehlakçı Birliyi (BEUC), üzvlərindən 19-nun “Meta”nın ədalətsiz ödəniş və ya razılıq modelinə qarşı rəsmi şikayət etdiyini açıqlanıb.

Hafta.az-ın yazdığına görə, açıqlamada xatırladılıb ki, “Meta” Aİ-dəki xidmətlərində Facebook və İnstagram istifadəçilərinin məlumatlarının reklam məqsədilə şirkət tərəfindən emal edilməsinə icazə verməsini və ya reklamsız xidmət üçün ödəniş etməsini tələb edən dəyişikliklər həyata keçirib.

Açıqlamada bu vəziyyətin istifadəçilər üçün ədalətsiz seçim mənasına gəldiyinə diqqət çəkilərək, “Meta”nın Aİ-nin istehlakçı qanunlarına zidd hərəkət etdiyi və ödəniş tətbiqinin dayandırılması lazım olduğu bildirilib.

“Meta” Avropadakı istifadəçilərə Facebook və İnstagram-a reklamsız girişi təmin etmək üçün aylıq abunə seçimi təklif etməyə başlayıb.

Şirkət elan etmişdi ki, istifadəçilər abunə olarsa, onların məlumatlarından reklam üçün istifadə edilməyəcək və abunəhaqqı internet üzərindən ayda 9,99 avro və ya iOS və Android mobil əməliyyat sistemləri vasitəsilə ayda 12,99 avro olacaq.

Oxunma sayı 139