Avropa İttifaqının vəsaitləri ayrı-seçkilik xarakterli layihələrə xərcləyir

09:15 02.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni hesabatda Avropa İttifaqının (Aİ) verdiyi yüz milyonlarla dollar həcmində vəsaitin imkansız icmaların hüquqlarını pozan layihələr üçün istifadə edildiyi iddia olunur.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Avropada səkkiz vətəndaş cəmiyyəti təşkilatının tərtib etdiyi məlumatlara əsaslanan hesabatda 6 ölkədə 63 layihə diqqətdə olub. Aİ-dən ümumilikdə 1 milyard dollardan çox maliyyə vəsaiti alan bu təşəbbüslərin fundamental hüquq və azadlıqlar baxımından uğursuzluğa düçar olduğu bildirilib.

Bridge EU tərəfindən yayılan hesabatda çoxlu misallar verilib.

Rumıniyada qaraçılar üçün sosial evlərin bir şəhərin kənarında tikildiyi və ərazinin ictimai xidmətlə təmin olunmadığı bildirilib. Gəmi hissələrindən tikilən evlərin istilik və səs izolyasiyası yoxdur, ümumiyyətlə sağlamlığa yararlı hesab edilmir.

Yunanıstandakı qaçqınların qəbulu mərkəzlərinin yaşayış məntəqələrindən uzaqda yerləşdiyi və həyat şəraitinin pis olduğu da bildirilib.

Bolqarıstan, Çexiya, Macarıstan, Polşa, Rumıniya və Yunanıstanda həyata keçirilən layihələrdə müəyyən edilən bu problemlərin təkcə bu ərazilərə aid olmadığı və Avropanın digər bölgələrində də oxşar hadisələrin baş vermə ehtimalının olduğu vurğulanıb.

Avropa Müstəqil Yaşamaq Şəbəkəsindən (ENIL) İnes Bulic, "Bu, aysberqin yalnız görünən hissəsidir" deyib.

Yunanıstanda “xüsusi ehtiyaclı və əlilliyi olan tələbələr üçün ayrıca məktəb tikildiyini, lakin onlar başqa tələbələrlə birlikdə məktəbə getməlidirlər” deyib.

Buliç Rumıniyada əlillər üçün internat məktəbinə toxunaraq, "Bu çox narahatedicidir. Əlil və ya əlil olmayan bütün uşaqlar ailələri ilə birlikdə böyüməlidirlər" deyə bildirib.

Bir neçə vətəndaş cəmiyyəti təşkilatının liderləri bildiriblər ki, Aİ maliyyələşməsinə nəzarətdə daha diqqətli olmalıdır.