Avropa Oyunlarında növbəti qızıl medal

20:17 29.06.2019
Yazını böyüt
Yazını kiçilt

Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir.

Hafta.az xəbər verir ki, bu gün karateçilər mübarizəyə qoşulub. Roman Heydərov kata, İrina Zaretska və Asiman Qurbanlı isə kumite yarışlarında qüvvəsini sınayıb.

84 kq çəki dərəcəsində kumite yarışlarında qüvvəsini sınayan Asiman Qurbanlı ilk olaraq A qrupunda yarışıb.

Onun rəqibləri Tirol Darnel Lardi (Hollandiya), Conatan Horne (Almaniya) və Alparslan Yamanoğlu (Türkiyə) olub. Hollandiya və Türkiyədən olan rəqiblərini müvafiq olaraq 2:0 və 1:0 hesabı ilə məğlub edən Qurbanlı Almaniya idmançısı ilə heç-heçə edib. Bu nəticə ilə karateçimiz qrup birincisi kimi yarımfinala adlayıb. O, bu dəfə də Qoqita Arkaniana (Gürcüstan) rəhm etməyib - 8:0. Qurbanlı finalda da xorvatiyalı Andyelo Kvesiçə 1:0 hesabı ilə qalib gələrək II Avropa Oyunlarının qalibi olub.