Avropa sarı rəngə boyanıb - FOTO

10:10 08.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropada qeyri-adi meteoroloji hadisə baş verib.

Belə ki, Fransa, İsveçrə, Andorra və bir neçə başqa ölkənin şəhərləri gözlənilmədən sarı rəngə boyanıb.

Qarlı ərazilər, eləcə də xizəksürmə kurort məkanları isə qəhvəyi rəng alıb.

Mütəxəssislər bunu Aralıq dənizi hövzəsində cənub və cənub-şərq istiqamətində əsən güclü isti küləyin (Sirokko küləyi) Saxara səhrasından sarı, narın qum dənələri və müəyyən miqdarda kül kütləsi gətirməsi ilə izah edirlər.

Xüsusilə fərqli görüntü Fransada qeydə alınıb. Ölkənin Lion şəhərində, Sona çayı sahilində bütün ərazilər, hətta səma da saralıb.

Oxunma sayı 3206
Fotoslayd rubrikasından digər xəbərlər