“Avropadakı bəzi siyasi mühacirlər Azərbaycanın inkişafına kölgə salmaq istəyir” – Naqif Həmzəyev

17:54 12.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Avropadakı bəzi siyasi mühacirlər Azərbaycanın inkişafına kölgə salmaq istəyir. Hər kəsə məlumdur ki, dağıdıcı müxalifət partiyalarının fəalları, xüsusən də xaricdəki havadarlarının verdiyi qrantlar hesabına Avropada mühacir həyatı yaşayan bir neçə elinə-obasına dönük çıxan şəxs sosial şəbəkələr “qəhrəman”ına çevrilərək, Azərbaycan dövlətinə, xalqına qarşı təxribatlarla məşğuldurlar”.

Hafta.az xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev deyib. Naqif Həmzəyevin sözlərinə görə, çox təəssüf ki, bu gün ölkədə heç kimə lazım olmayan müxalifət xaricdə siyasi mühacir kimi sığınacaq alan bəzi satılmış azərbaycanlılara möhtacdır: “Şəxsi mənafelərini milli maraqlardan üstün tutan müxalifət təmsilçiləri ağına-bozuna baxmadan ölkəmizə qarşı yalan və böhtan dolu kampaniya aparır, hakimiyyəti tənqid edir, görülən işlərə kölgə salmağa çalışırlar. İnanın ki, “vətənpərvər” müxalifətin canfəşanları bu gün ağzı ilə quş tutsa da, əlləri üstə gəzsə də, Azərbaycan xalqı onlara inanmayacaq, müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməyəcək. İnkişaf yolu keçən Azərbaycanın müstəqilliyi, əmin-amanlığı ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində xalq-iqtidar birliyi sayəsində əbədi olacaq".

Siyasət rubrikasından digər xəbərlər