Avtobus minik avtomobili ilə toqquşdu

10:29 15.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Moskva prospekti, "Şamaxinka" deyilən ərazidə qeydə alınıb. Belə ki, şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu "Toyota" markalı minik avtomobili ilə toqquşub. Hadisədə xəsarət alan olmasa da "Toyota"ya ziyan dəyib, avtobus sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş edib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.