Avtomobildə mobil telefonlar və aksesuarları aşkarlandı

13:44 19.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.

Hafta.az DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin avtomobilə gömrük baxışı zamanı yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən, qutu və aksesuarları ilə birlikdə 10 ədəd "Samsung Galaxy 10" markalı mobil telefon, 60 ədəd qidalandırıcı başlıq, 60 ədəd USB və 60 ədəd qulaqlıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.