Avtomobildə özünü pis hiss edən qadın xəstəxanaya çatdırılıb - VİDEO

15:10 08.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda avtomobildə özünü pis hiss edən qadın xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Hacıqabul RPŞ DYPB-nin əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyərək maşında bir qadının özünü pis hiss etdiyini bildirib. Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadının səhhəti tamamilə normallaşıb.