Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər azyaşlının avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən hafta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2021-ci il təvəllüdlü E.Aşullı yaşadığı fərdi evin qarajında avtomobilin içərisində olarkən qapılar kilidlənib və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə avtomobilin qapısını açaraq azyaşlını ailəsinə təhvil veriblər.